در سمت غرب و 635 متری قلعه به بنایی می رسیم که به پیر نارداران معروف است.به در وروردی پیر زنجیری آهنی آویزان است که زایران قبل از ورد به آن بوسه می زنند.این بنا دارای 5 بخش شامل:2 سالن بزرگ،هم اندازه وموازی، یک اتاق کوچک و دو اتاق که از قسمت انتهایی بر بنا پیوست شده ،می باشد.پس از ورود به اتاق اولی و طی مسافت 3.2 متری با دری عاری از هرگونه نوشته ای مواجه می شویم ولی بعد از طی کردن 7.3 متر به دری می رسیم که متنی با مضمون"این مکان مقدس بنا به دستور خواجه بزرگ حمزه بن کوتلو محمودشاه آبادی (ره) ساخته شده است(1364-1363)" که توضیحی درباره ساخت بنا است مواجه می شویم.دربالای اتاق اول به چاهی میرسیم که ابتدای ورودی یک راه زیرزمینی است.با یکی از اهالی محل به نام بابا علی فرزند اروج علی که به مکان آگاه تر به چاه وارد می شویم.بعد از ورد با سه راه جداگانه مواجه می شویم.راه اول به سوی قلعه و راه دوم به سمت باغ تابستانی شاهان شیروان می رود.راه سوم هم به محل بازی منتهی می شودکه ما در آن جا جمجمه انسانی را یافتیم.
در هنگام ورود به حیاط و در سمت راست قبرستانی مدفون مشاهده می شود . فقط قبوری که دارای سنگ مزار بلند و مربوط به قرن 19 هستند قابل تشخیص است.
پیر در میان مردم منطقه از احترام زیادی برخوردار است.
Qaladan 635 metr şimal-qərbə tərəf Azərbaycanın bir çox yerlərində Nardaran piri adı ilə məşhur olan bir tikili vardır. Pirə daxil olan qapı üstündə dəmir zəncir asılmışdır. Pirə ziyarətə gələnlər tənzim edərək həmən zənciri öpüb içəri daxil olur. Pirin binası 5 otaqdan ibarətdir. İkisi böyük salondan ibarət, bir-birinə qarşı-qarşıya (müvazi) iki və bir kiçik otaq. İki axırıncı otaqlar arxa tərəfdən mərbutdur.(bitişikdir)
Əvvəlinci otağa daxil olduqda 2.3 metr irəli keçərkən bir qapıya təsadüf edilir. Üstündə yazı yoxdur. Amma 7.3 metr irəli getdikdə yeni bir qapıya rast gəlinir ki, üstündə yeni bina barəsində yazı mövcuddur.
"Bu mübarək məscidin, Allahın salavatına yetişəcək evin bina olunmasına, iki müqəddəs məkanın, Hacıların secilmişi,
dövrün yeganəsi, böyük sədr Xacə Hacı Həmzə ibni Qutlu Mahmud Şahabadi - Allah onun müvəffəqiyyətini əbədi etsin 765-ci ildə əmr etmişdir". (1363-1364)
Pirin əvvəlinci otağının üstündə bir quyuya rast gəlinir ki, bu da yeraltı yoldur.
"Nardaran kənd sakini BabaƏli Oruc Əli oğlu ilə (məzkur Babaəli Orucəli oğlu Azərbaycan Asari Ətiqəsi (Tarixi abidələr) Komitəsi tərəfindən nümayəndə olmaqla bərabər, yerli olduğuna görə qeyrilərinə nisbətən bu asara yaxşı bələddir) bərabər həmən yeraltı yolun dibinə endik. Orada üç tərəfə gedən yeraltı yollar göründü. Birici yol Qalaya tərəf, ikinci yol Şirvanşahların yaylası olan bağlara tərəf, üçüncüsü isə bu yolların qarşı tərəfinə. Qalaya gedən yol ilə 65 metr irəli getdikdən sonrabir genişlik gördük. Bu genişlikdə bir insan kəlləsi tapdıq."
Pirin həyətinə daxil olduqda sağ tərəfdə torpaq ilə örtülmüş əski bir məzarıstan gördük. Burada ancaq 19-dürlü tikilmiş hündür başdaşılı məzarlar görünür. Məzarların ortasında 2 məzar daşı vardır ki, yuxarı tərəfi baş şəklində hazırlanmışdır. İndi həmən baş şəkilləri üzərilərində bir qədər çuxuqluq təşkil edərək məhrək bir haldadırlar.
Yerli əhali bəzən xəstələndikləri vaxt buraya sürtündükdən sonra şəfa tapacaqlarına inanır. Misal üçün: Mədə xəstəliyinə mübtəla olan bir şəxs gəlib qarnını buradakı məhrək daşı ilə ta yaxçı olana qədər sürtməlidir.
Beləliklə, Pirin xalq arasında artıq dərəcədə hörməti vardır.
Əzimbəyov İ. Nardaran "Asari ətiqəsi", Nardaran və onun qədim tarixi. AAKX, Bakı,1928