معرفی پدر رهبر معظم انقلاب در سایت نارداران پیری
Həzrət Ayətullah Seyyid Cəvad Hüseyni Xameneinin həyat səlnaməsi. Təvəllüd:
Ayətullah Seyyid Cəvad Hüseyni XameneiHicri-qəməri tarixi ilə 1313-c ildə (Miladi 1891-ci il), Təbrizin yaxınlığındayerləşən Xamene adlı kənddə dünyaya gəlib. Bu böyük şəxsiyyət pəhrizkar vəzahid muctəhid fəqih olan atasının təlim-tərbiyəsi ilə böyüyüb. Seyyid CəvadXamenei cavanlığında Ətəbati-aliyə (Kərbəla, Nəcəf və s.) Və Məşhədə səfəredir. Məşhədə səfər edərkən Məşhəd alimlərinin mənəvi cazibəsi və İmam Rzaya(ə) yaxın olamaq niyyəti ilə orada qalmaq qərarına gəlir. İlk olaraq 9 ay,sonra 9 il Məşhəd şəhərində məskunlaşan Seyyid Cəvad Xamenei, Ayətullah AğazadəXorasani və Ayətullah Hacı Ağa Hüseyn Qumi kimi böyük elm sahiblərininməhzərindən bəhrələnir.
Ayətullah Seyyid Cəvad Xamenei müqəddimədərslərini Təbrizdə oxuyub. Təqribən 9 ay Məşhəddə qalıb. Sonra Təbrizə geridönüb. Bu müddətdə anası dünyasını dəyişib. Həmin vaxtlar Tehran-Məşhəd yoluəmin-amanlıq deyildi. Buna görə Seyyid Cəvad Xamenei Badkubeyə (Bakı) gedərəkXəzər dənizi vasitəsilə Aşqabada yollanır, oradan da Xorasana keçir. MəşhəddəHəzrət Seyyid Həsən Qumi, Mirzə Muhəmməd Ayətullahzadə Xorasani, Hacı FazilXorasani və Mirzə Məhdi İsfəhaninin yanında dərs oxuyub.


نظرات (0) نويسنده : میر سعید فرج پور - ساعت 11:09 AM - روز دوشنبه 16 آذر 1394 |
معرفی میرزای شیرازی در سایت نارداران پیری
Mirzə Şirazi adı ilə məşhurlaşmış böyük fəqih Seyyid Muhəmməd Həsən Hüseyni. Mirzə Şirazi adı ilə məşhurlaşmış böyük fəqih Seyyid Muhəmməd Həsən Hüseyni 1230-cu hicri təqviminin Cəmadiul-əvvəl ayının 15-də Şiraz şəhərində alim və mənəvi fəzası ilə seçilən ailədə dünyaya gəlib. Atası Mirzə Məhmud, oğlu dünyaya göz açdığı il dünyasını dəyişib. Mirzə Şirazi alim olan dayısı Seyyid Hüseyn Məcdul-Əşrafın tərbiyəsi altında böyüyüb. Muhəmməd Həsən 4 yaşından məktəbə və 6 yaşından hövzəyə daxil olub. İti zehinə və parlaq istadada malik olması hamının təəccübünə səbəb olurdu. Muhəmməd Həsən 8 yaşından Şirazın Vəkil məscidində əxlaqi moizələrlə məscidə gələnləri özünü islaha və Allaha dəvət edirdi. Yeniyetmə dövründən hövzənin ən mühüm fiqhi kitablarından olan "Lumə"nin tədrisi ilə məşğul olmağa başlayıb. O zamanalar Şirazın hakimi hökumətdə mühüm mənsəblərdən birini ona təklif etsə də, elm və təhsilə, Əhli-Beyt (ə) maarifinə olan eşqi məqama əhəmiyyət verməməsinə səbəb olur. O zamanlar özünün ən rövnəqli günlərini keçirən İsfəhan hövzəsinə yollanır. İsfəhanda ilk ustadı Şeyx Muhəmməd Təqi İsfəhani olur. Onun vəfatından sonra Seyyid Həsən Bidabadi onu şagirdliyə qəbul edərək Əhli-Beyt (ə) maarifinə olan teşnə qəlbini sirab edərəlk 20 yaşı tamam olmamaış onun ictihad icazəsini sadir edir. İsfəhan hövzəsində digər ustadlarından biri Hacı Muhəmməd İbrahim Kəlbasi olub. Muhəmməd Həsən ömrünün baharının 29 ilini əsrinin ən yaxşı ustadlarının yanında keçirərək ictihad icazəsini İsfəhan hövzəsindən aldıqdan sonra öz məlumatlarını kamilləşdirmək məqsədi ilə Nəcəf və Kərbəlaya yola düşür. Əmirəl-möminin Həzrət Əli (ə) və Əba Əbdullahın (ə) bərəkəti ilə böyük ustadlar kaşiful-ğita, Şeyx Həsən Nəcəfi (Cəvahir əsərinin müəllifi), Seyyid İbrahim Qəzvini (Zəvabit əsərinin müəllifi) və Şeyx Məşkur Hulainin məhzərindən bəhrələnir. Muhəmməd Həsən Vətənə qayıtmaq fikrinə düşdükdə Cəvahir əsərinin müəllifi bu şəxsin vucudundakı ləyaqəti hiss etdiyi üçün Şiraz hakiminə və məntəqənin camaatına məktub yazaraq belə bir böyük şəxsin o məntəqə üçün qənimət bilərək: təriflər qeyd edir. Amma Muhəmməd Həsən Kərbəla hövzəsindən çıxaraq vidalaşmaq üçün Nəcəfə gəldikdə Şeyx Ənsariyə Seyyid Muhəmməd Həsənin vətənə dönmək fikrində olduğu xəbərini verirlər. Şeyx Ənsari onu dəvət edərək söhbət edir. Muhəmməd Həsən Şeyxin sözlərinə qulaq asmaqla yeni can əldə etmiş olur. O, fiqh və usul elmlərinin dəryası ilə üzləşdiyinin fərqinə varır. Elə buuna görə vətənə dönməkdən vaz keçərək Sədi Şirazinin bu şerinin oxuyur:
Şerin məzmunu: "Müsafirin gözü sənin camalına düşdükdə, getmək istəyi qalmaqla əvəzləndi."
Mirzə Muhəmməd Həsən Şeyx Ənsarinin ömrünün sonuna kimi elmindən bəhrələnir. Şeyx Ənsari onun ləyaqətinə agah olduğu üçün özünün "Rəsail" kitabının redaktəsini Mirzə Muhəmməd Həsənə tapşırır.
Muhəmməd Həsən seçilmiş alimlərə ustadlıq edib. Onlardan mirzə Muhəmməd Təqi Şirazi (İkinci Mirza kimi məşhurlaşıb) Şeyx Əbdul-Kərim Hairi (Qum elmi hövzəsinin əsasını qoyan), Mirzə Hüseyn Naini, Ayətullah Seyyid Muhəmməd Təbatəbai, Şəhid Şeyx Fəzullah Nuri və axund Molla Muhəmməd Kazim Xorasani, Hacı Ağa Rza Həmədani, Hacı Mirzə Hüseyn Səbzəvari, Seyyid Muhəmməd Fişariki İsfəhani, Seyyid Muhəmməd Kazim Yəzdinin (Urvətul-vusqa kitabının müəllifi) adlarını çəkmək olar.
Muhəmməd Həsən Mirzə Şirazi Hicri 1281-ci ildə Şeyx Ənsari dünyasını dəyişdikdən sonra 23 il müddətində mərcəiyyəti öhdəsinə götürüb. Onun Əhli-beyt (ə) maarifinin nəşrində və böyük şəxsiyyətləri müdafiə etmək yolunda atdığı addımlar şiə mərcəiyyətinin tarixində hər biri incə və mühüm nöqtədir. Həmçinin məzlum Əfqanıstan şiələrini müdafiə etmək, şiə-sünni vəhdətini yaratmaq üçün çalışmalar (şiənin elmi hövzəsini Nəcəf şəhərindən sünni məntəqəsi olan Samirraya köçürmək). Əhli-sünni alimlərinə şəhriyyə (aylıq məvacib) və maddi köməklər göstərmək vəhdətə mane olan maneələri aradan götürmək, uzaq məntəqələrə din təbliğçilərini ezam etmək, və yəhudilərin Həmədan müsəlmanlarına etdiyi təcavüzün qarşısını almaq. Rus dövləti tərəfindən Tus şəhərinin ərazilərinin alınmasının qarşısını kəsmək, İranın cənubunda ingilislərlə mübarizə aparmaq üçün Ayətullah Seyyid Əbdul-Hüseyn Larinin göndərilməsi və oranın camaatının azadlıq istəyi ilə etdikləri qiyamı himayə etməsi bu alimin əməyinin nəticələridir.
Elm və əməl ələmdarı, siyasət və dəyanət nümunəsi olan bu alim hicri 1312-ci ildə 82 yaşında dünyasını dəyişib. Mübarək vücudunu Nəcəfə apararaq Həzrət Əlinin (ə) hərəminin Tusi qapısının kənarında torpağa tapşırıblar.
Xüsusiyyətləri:
İxlas və rəyasətdən uzaq olmaq:
Şeyx Ənsarinin canişinlik məsələsi ortaya gəldikdə əsrin fəqihləri Mirzə Şirazinin bu işə ləyaqətli olduğunu bildirdikdə o, şiddətlə etiraz edərək demişdi: -Mənim fətva və nəzərlərim hələ hazır deyil. Sizin aranızda Həsən Nəcm Abadi kimi fəqih var.
Həsən Nəcm Abadi deyir: -Allaha and olsun mərcəiyyəti qəbul etmək mənə haramdır. Mərcəiyyət fəqih, siyasətmədar və zamanın məsləhətlərindən agah olan birisinə ehtiyaclıdır. Və o şəxs sizsiniz. Fətvaları hazırlamaq sizin üçün çox rahat və asan bir işdir.
Mirzə öz etirazında israrlı olduğu halda cəmdə əyləşənlərdən biri deyir: Siz Vilayəti-fəqihə qailsiniz?
Mirzə müsbət cavab verir. Həmin şəxs deyir: Hal-hazırda bu məclisdə olanları fəqih bilirsiniz?
Mirzə yenə müsbət cavab verir. Həmin şəxs deyir: -Beləliklə bu fəqihlər mərcəiyyəti sizin qəbul etməyinizə hökm edirlər.
Bu an Mirzə gözləri yaşla dolmuş və üz-gözü islanmış halda deyir: -Allah and olsun heç vaxt bu böyük məsuliyyəti öhdəmə götürəcəyimi fikirləşmirdim.
Dərin zəkası və uzaqgörənliyi:
Samirra şəhərinin sünni məzhəbindən olan bir şəxs tarixin nümunəvi şəxsiyyətlərindən olan Mirzə Şiraziyə qarşı məlum olmayan səbəblərdən qəlbində kin bəsləyirdi. İlk fürsətdə Mirzənin oğlu Mirzə Muhəmməd Şirazini yaralayaraq öldürür. Mirzə Şirazi bu hadisə qarşısında öz sükutunu pozmur.
Müsəmlanların xarici düşmənləri məzhəblərarası fitnə icad etmək üçün kiçik bir fürsət belə güdürdülər. Bu hadisəni öz xeyirlərinə çevirmək istəyənlər Samirraya gedərək Mirzə Şirazinin övladının qətlə yetirilməsi və bu iş müqabilində göstərişinin nə olduğunu bilmək istəyirlər. Bu böyük şəxsiyyət xüsusi uzaqgörənliklə onların məqsədini başa düşərək tam qətiyyətlə buyurur: -İstəyirəm yaxşı başa düşəsiniz ki, sizin biz müsəlmanların işlərinə və ərazilərimizə müdaxilə etməyinizə haqqınız yoxdur. Bu iki qardaş arasında baş vermiş sadə bir məsələdir.
Bu hadisə İstanbulda sünni məzhəbli olan Osmanlı xəlifəsinə çatdıqda şiələrin müctəhidinin belə dərin düşüncəyə sahib olduğunu gördükdə Bağdadın Valisinə göstəriş verir ki, şəxsən Mirzənin hüzuruna gedərək dərin düşüncə və böyüklüyünə təşəkkür bildirərək, baş vermiş hadisəyə görə üzr istəyərək, ona xoş münasibət göstərsin.
Şücaət və haqqı qəbul etmək:
Mirzə Şirazi təvazökar bir şəxsiyyət idi. O, haqqın müqabilində təslim olurdu. Heç vaxt öz sözünü qəbul etdirməyə çalışmazdı. Şeyx Ağa Bozorg Tehrani bu barədə belə buyurur: Molla Muhəmməd Hərəndi Şeyx Ənsarinin tələbəsi idi. O, öz şəhərində mərcəiyyətə çatmışdı. Hicri-qəməri 1300-cü ildə müqəddəs məkanları ziyarət etmək üçün (Kərbəla, Nəcəf və s.) geri döndükdə Mirzə ilə görüşür. Bu iki şəxsiyyətin arasında bir məsələ barəsində elmi mübahisə düşür. Mübahisədən sonra o, Kazimeynə getdi. O, getdikdən sonra Mirzə Şirazi haqqın (həqiqətin) Movla Muhəmməd Hərəndi ilə olduğunu görür. Mirzə Şirazi məktub yazdıraraq haqqın onunla olduğunu bildirmək üçün bir qasid vasitəsilə Ağaya göndərilməsini bildirir. Qasid məktubu Kazimeyndə Ağaya çatdırır. Bu hadisədən sonra Mirzə deyirdi: Mərhm Şeyxin (Şeyx Ənsari) çox güclü tələbələri dünyada tanınmamış qalıblar.
Məhrumlara kömək etmək:
Əllamə Seyyid Həsən Sədr Mirzə Şirazinin məhrumlara baş çəkməsi barədə belə yazır: Mirzə Şirazinin hər bir şəhərdə tacirlərdən ibarət vəkilləri var idi. Həmin şəhərin fəqirlərinin adlarını onlara göndərmişdi. Onlara ediləcək köməkliyin miqdarını da təyin etmişdi. Bu fəqirlər hər ay və hər il pul alanlardan başqları idi. Yalnız İraqın şəhərləri deyil, İranın da bütün nöqtələri Mirzə Şirazinin diqqətində idi. O şəhərlərin də imkansızlarına imkan daxilində kömək göstərirdi. Hər hansı bir məntəqədə etimad etdiyi alim olurdusa, hər il müəyyən məbləğdə pulu imkansızların arasında bölməsi üçün göndərirdi.
Unudulmaz Tənbəki hadisəsi:
İran Qacarlar sülaləsi hakimiyyəti dövründə özünün ən pis illərini yaşayırdı. Bu ölkənin düşmənləri hər gün öz nüfuzlarını burada daha da artırırdılar. Bu zülmlər o həddə çatmışdı ki, hətta düşmənlərin dilində "İranın şah tərəfindən onlara bağışlanması" kəlməsi gəzirdi.
Onlara verilən imtiyazlardan biri də ölkənin daxili və xaricində "Reji" adlı kompaniya tərəfindən satılan tütün və tənbəki məsələsi idi.
Bu müqavilənin əsl tərəfi İngiltərə dövləti idi. Amma zahirdə həmin şirkət görünürdü. Şirkətin başında isə "Major Talbut" adlı şəxs (G.F Talbot) dururdu. Həmin dövrlərdə İran xalqının beşdə biri tənbəki əkib-becərmək və satmala məşğul olurdu. Bu hal İran xalqının həyatının bir hissəsinin ingilislərə tapşırmaq idi.
İngilislərə silahlı şəxslərlə bütün yoları nəzarətdə saxlamaq və bütün malları yoxlamaq icazəsi verilmişdi. Buna diqqət etdikdə həmin müqavilənin necə də zillətverici və əzablı olduğunu görmək olurdu. Bununla yanaşı ingilislər ölkəyə pozğun qadınlar gətirib, məclislər qurmaqla xalqın mənəviyyatını aradan aparmağa çalışırdılar. Tənbəkini onların ixtiyarında qoymaq yalnız iqtisadi asılılıq daşımırdı. Əslində bu addım iman, mənəviyyat və xalqın inancına vurulan zərbə idi.
Bu işə əməli surətdə ilk etiraz edən Şiraz camaatı oldu. Onların rəhbəri seçilmiş və mücahid ruhani mərhum Fal Əsiri idi. O qiyam Ruhaninin sürgünü və qiyam iştirakçılarından bəzilərinin şəhadəti ilə yatızdırıldı. Təbrizdə də camaat Ayətullah Müctəhid Təbrizinin rəhbərliyi ilə ayağa qalxdılar və sərt teleqrafla Nasirəddin Şah Qacara öz qəzəb və etirazlarını bildirdilər.
Xorasan camaatı da hacı Şeyx Muhəmməd Təqi Becnurdi, Ayətullah Seyyid Həbib Muctəhid Şəhidi və həmin diyarın digər alimlərindən itaət etməklə buna qarşı çıxaraq həmin kompaniyanın (şirkətin) işçilərinin Məşhədə daxil olmasının qarşısını aldılar.
İsfəhan camaatını Ayətullah Ağa Nəcəfi, Ayətullah Muhəmməd Baqir Fişarki və Ağa Munirəddin Şahın və istismarçıların əleyhinə qaldırdılar.
Tehranda Mirza Şirazinin seçilmiş tələbələrindən olan Ayətullah Mirzə Həsən Aştiyani və Ayətullah Fəzlullah Nuri camaatın rəhbərliyini ələ alaraq Mirzənin göstərişləri ilə Şah və havadarlarına qarşı hücuma başladılar.
Şiə aləminin Samirradakı böyük mərcəsi Həzrət Ayətullah Mirzə Şirazi iki dəfə teleqrafla Nasirəddin şaha bu barədə öz etirazını bildirmişdi. Ayətullah Mirzə Şirazi Tənbəkinin belə imtiyazla inilislərə verilməsinin fəsadlarını, onların müsəlmanların qəti düşməni olmasını və ölkəni xaricilərə satmamasını bildirmişdi.
Amma təəssüflər olsun ki, heç bir müsbət cavab verilmədi. İş o yerə çatdı ki, Allahın köməyilə bu böyük müctəhid özünün unudulmaz fətvasını verdi: "Bu gündən etibarən tütün və tənbəkidən bu formada istifadə İmam Zamanla (ə.f) müharibə etmək hökmündədir."
Bu fətva zahirdə qısa olsa da, şiddətli tufanlar qopararaq qəflət yuxusuna getmiş rejimi süqut etmək ərəfəsinə çatdırdı. Tufanın dalğaları düşmənin səngərlərini elə dağıtdı ki, hətta şah öz evində də ondan amanada qala bilmədi. Nasirəddin şah öz sarayında qəlyan gətirilməsinin göstərişini verdikdə heç kim buna əməl etmədi. Öz otağından çıxdıqda qadınların sultana aid olan qəlyanları sındırdıqlarını gördü.
Həzrət İmam Xomeyni (r) buyurur: "Mirzə Şirazi bir sətir tənbəkini haram olması barədə yazdı. Hətta o zalımın yaxınları və işçiləri də həmin fətvaya əsasən qəlyanları sındırdılar. Bəzi yerlərdə bahalı tənbəkiləri meydanlara gətirərərk sındırıb yandırdılar. Beləliklə həmin müqavilə ləğv olundu. Onlar, İraqın ucqar kəndlərinin birində (Samirra) yaşayan bir qoca ruhaninin bir kəlmə yazmaqla bir millətin qiyam edərək zalım padşahla ingilislər arasındakı müqaviləni ləğv etdirdiyini görürlər. Onlar Ruhaniyyətin belə bir qüdrətə sahib olduğunu anladılar."
Fətva verildikdən sonra Şah və istismarçılar əl-ayağa düşərək çarə yolu axtarmağa başladılar. Müxtəlif iclaslar keçirməklə, alimlərə çoxlu təhdidlər, rüşvət və hədiyyələrin saray tərəfindən təklif olunması faydasını vermədi. Nəhayət mömin cəmiyyət Tehran bazarının böyük məscidində toplaşaraq saraya tərəf hərəkət etdilər. Bəziləri şahın adamları tərəfindən atılan oxlarla şəhatətə qovuşdular.
Qəlyanlar sındırıldı və tənbəkinin alınıb-satılması yox həddinə düşdü. Müsəlman İran camaatının təzyiqləri Nəsirəddin dövlətini bu şirkətlə müqaviləni ləğv etməyə məcbur etdi. Bununla da ingilislərin İranı tam ələ keçirmək planları suya düşmüş oldu. Bir daha müsəlmanların nicat tapmasında mərcəiyyətin rolu aşkar oldu.
İmam Xomeyni (r) Mirzə Şirazinin əzəmətli addımını təqdir edərək buyurur: "Həmişə İslam alimləri camaatı əsayişi qorumağa çalışıblar. Mərhum hacı Mirzə Muhəmməd Həsən Şirazinin zamanından çox keçmir. O, böyük mütəfəkkir və ağıl sahibi Samirrada məskunlaşmışdı.
Fikri asayişi qorumaq və sülh olsa da, İslam üçün xətərin qarşıya gəldiyini gördükdə Şahın xarici bir şirkətlə islamı aradan aparmaq fikrində olduğunu müşahidə etdikdə, kiçik bir şəhərdə 300 nəfəri keçməyən tələbələri ilə məskunlaşmış qoca bir kişi əlacsız qalaraq zalım şahı nəsihət edir. Onun yazdıqları hələ də qorunub saxlanılır. Sultan qulaq asmayıb alimə hörmətsizlik göstərir. O böyük alim məcbur qalaraq bir kəlmə deməklə İranın müstəqilliyini geri qaytarır. İraqın da müstəqilliyi mərhum Şirazinin fətvasına bağlıdır. Əgər o olmasaydı, İraq aradan gedəcəkdi. İraqın xətərlə üz-üzə olduğunu gördükdə bir kəlmə buyurdular: ərəblər dayaq oldular mətləb dəyişdi.
Bütün İslami məmləkətlər bu tayfanın girovundadırlar. Bunlar indiyə qədər İslam məmləkətlərini hifz ediblər. Bunlar qorunub saxlanılmışlardır ki, həmişə öz nəsihətləri ilə camaatın sakitləşdiriblər. Eyni halda İslamın qarşısında xətərlə gördükdə imkan daxilində mətləblər çap etdirməklə, danışıqlarla, şəxslər göndərməklə və s. məsələni həll etmək istəyirlər. Əgər alınmasa qiyam etməyə məcbur olurlar. Bunlar (Təqlid-mərcələri) eyni halda bütün müsəlmanların vəhdətini istəyirlər. Lakin məmləkətin müstəqilliyi xətərə düşənə kimi səbr edə bilərlər. Dövlətlərin bəzi şeyləri görə bilməməsi mümkün olan şeydir. Amma burada şəriət müəyyən qanunlar buyurub. Alimlər özlərindən heç bir şey demirlər. qiyam Quran və din əsasında olur.
O gecə ki, Seyyid Əzizullah məscidində bəndə dövlətləri tənbeh edib, danışmağa qərara gəldikdə dövlətin müdaxilə edəcəyini xəbər verdilər. Biz alimlərin başqa fikridə olduğunu gördük. Mən son qərarı dua, munacat, və Allah-təaladan kömək istəməklə əldə etdim. Heç kimə də heç nə demədim. Lakin Allah şah dövlətinə və millətə minnət qoydu. Əgər Allah eləməmiş Tehran alimlərinə cəsarət olsaydı mən təhlükəli bir qərara gəlmişdim. Amma dövlət gecə yarıdan sonra camaata güclə müqavimət göstərməyin mümkün olmadığını anladım."
Sonda bir nöqtəni də qeyd edək ki, şiənin böyük müctəhidlərindən olan mirzə Şirazinin tələbələrindən olan Mirzə Muhəmməd Təqi Şirazi (Kiçik Mirzə, Mücahid Mirzə kimi kimi məşhirlaşıb, hicri 1338-ci ildə vəfat edib) o, I Dünya müharibəsində və ingilsilər tərəfindən İraqın işğal edilməsi vaxtı ingilislərə qarşı mübarizə aparıb İraq şiə dəstələrinin rəhbərliyini həyata keçirib. Mirzə Muhəmməd Təqi Şirazi bu barədə belə buyurmuşdu: "İraq camaatına öz haqqını tələb etmək vacibdir." O müharibə Osmanlı, Almaniya, digər tərəfdən İngiltərə və Fransa dövlətləri arasında baş vermişdi. Bir tərəfdən də İraq müharibəyə çəkilmişdi. Mirzə Muhəmməd Təqi Şirazinin bu ingilis kafirlərinə qarşı verdiyi cihad fətvası nəticəsində İraq camaatı ayağa qalxaraq qiyam etdilər.
نظرات (0) نويسنده : میر سعید فرج پور - ساعت 2:16 AM - روز یک شنبه 15 آذر 1394 |
معرفی دکتر مفتح در سایت نارداران پیری
Şəhid Ayətullah Doktor Mufəttihin həyat səlnaməsi... Şəhid Doktor Mufəttih həyatını İslam maarifini və Əhli-Beyt (ə) mədəniyyətini yaymağa həsr edən alimlərdən idi. O, müxtəlif səngərlərdə cəhalət və zülmlə mübarizə aparırdı. Doktor Mufəttih universitetləri zalım rejimlərin zəhərli təbliğatlarından və hücumlarından qorumaq məqsədilə din mərkəzləri olan elmi hövzələrlə universitetlər arasında körpü rolunu öz öhdəsinə götürərək böyük fəaliyyətlər göstərirdi. Qərbin hakim kəsildiyi təhsil ocaqlarında dinin məğlubedilməz fəzasını hakim etdi.
Təvəllüddən təhsilə qədər:
Şəhid Doktor Mufəttih Həmədan şəhərinin məşhur vaizlərindəndir. Fars və ərəb ədəbiyyatına mükəmməl bələd olan Doktor Mufəttih Əhli-Beyt (ə) barədə müxtəlif mədhiyyələr qələmə alıb. O, Həmədan hövzəsində moizə etməklə yanaşı tədrislə də məşğul olurdu. Fəzilət və ədəb mənbəyi olan bir ailədə 1928-ci ildə Həmədanda dünyaya göz açan uşağa Muhəmməd adı verilir. Elmə və mənəviyyata həvəs bu uşağın vücudundan doğurdu. Bəyənilən sifətlərə sahib olmağı gözəl aurası olan ev mühitində ata-anasından bəhərlənir. Yeddi yaşından mədrəsəyə getməyə başlayan Mufəttih ədəbiyyat təhsilini şair olan atasından alır.
Fiqh və məntiq elmlərini atası və Həmədan hövzəsinin ustadlarının yanında oxuyaraq ibtidai təhsilini bitirib 1943-cü elmin mərkəzi olan Qum şəhərinə yollanır. "Daruş-Şəfa" mədrəsəsində kiçik və sadə bir otaqda məskunlaşır. Elmə olan böyük marağı nəticəsində qısa zaman kəsiyində yüksək elmi dərsliklər olan "Rəsail", "Məkasib" və "Kifayə"ni bitirib özü Qum elmi mərkəzinin ustadlarından birinə çevrilir. Doktor Mufəttih İrfan, üsul və fiqhin xaric dərslərini İmam Xomeyninin (r) yanında oxuyub.
Mərhum Mufəttih İmam Xomeyni (r) ilə şagird və ustad münasibətlərindən əlavə səmimi dostluğa sahib idi. İmam Xomeyni (r) Nəcəfdə məskunlaşdığı müddət ərzində o, hər-hansı yolla olursa olsun öz rəhbəri ilə əlaqə saxlayırdı. İmam Xomeyninin (r) onun şəhadətindən sonra verdiyi bəyanatından bu əlaqənin necə yüksək olduğu məlum olur. "Möhtərəm Ustadın elmindən İslam və İnqilabın inkişafı üçün bəhrə aparılacağından ümid olunurdu. İndi isə Onun kimi şəhidlərdən bəhrə aparılması ümid olunur. Doktor Mufəttih zülmkar Şah rejiminin hakim olduğu illər ərzində istər elmi fəaliyyəti dövründə, istər moizələrində heç nədən qorxmadan İmam Xomeyninin (r) adını hallandırır və başqalarını da bu işə cəsarətləndirirdi.
Doktor Mufəttih Şeyx Ənsarinin "Rəsail" kitabının bir miqdarını Ayətullah Mucahid Təbrizinin yanında oxuyub. Usulun xaric dərslərindən də müəyyən miqdarını Ayətullah Brucerdinin elmindən istifadə edib. Həmçinin fəlsəfə və hikməti Əllamə Təbatabaidən (r) mənimsəyib. Bundan əlavə bir müddət Ayətullah Seyyid Muhəmməd Rza Gulpayiqani (r), Ayətullah Mərəşi Nəcəfi (r), Ayətullah Hacı Mirzə Əbul-Həsən Rəfii İsfahani, Ayətullah Seyyid Muhəmməd Huccət Pərtuidən də bəhrələnib.
Dini təhsillə yanaşı, dünyəvi elmlərə də yiyələnən Mufəttih İlahiyyat və İslam maarifi sahəsi üzrə Doktorluq dərəcəsi alır. Fiqh sahəsində də yüksək elmi bilikləri sayəsində ictihad dərəcinə yetişir.Doktor Mufəttih böyük İslam alimlərinin elmindən istifadə etdikdən sonra Hacı Molla Hadi Səbzivarının kitabını tədris etməklə yanaşı, onun şərhini qələmə aldı və bu əsər hövzədə çox məşhurlaşdı.
Doktor Mufəttih tədrisinin əvvəllərindən başlayaraq tələbələrin dini, ictimai və siyasi baxışlarına işıq saçmağa başladı. Şəhid Doktor Behişti və Həzrət Ayətullah Xamenei ilə həmkarlıq edərək bu sahə üzrə böyük işlər gördülər. Doktor Mufəttihinin hövzə və universitetlər arasında körpü rolunu oynayıb tələbələrin gündəlik məsələlərdən xəbər tutmasını təmin etməsi Savakı qorxuya saldı. Onun bu fəaliyyətlərinin qarşısını almaq məqsədilə 1968-ci ildə Mufəttih İranın Cənub tərəfinə suyu və havası pis olan yerə sürgün edilir. Bir il sonra Qum şəhərinə geri dönmək istəsə də, buna imkan vermədiklərinə görə çarəsiz qalıb Tehranda məskunlaşır.
Doktor Mufəttihinin əqidəsinə əsas camaatın düşüncələrində dəyişiklik edilməsi, nadanlıq dərəsindən agahlıq zirvəsinə qalxmasındadır. Hər bir müsəlman iki cəbhədə mübarizə aparmalıdır. Bir cəbhədə İslam düşmənləri ilə, digər cəbhədə cəhalət və xurafatpərəstliklə. Doktor Mufəttih Qum elmi hövzəsinin və universitetin böyük ustadlarından olmasına və bu sahələrə qarşı çoxlu diqqətindən əlavə Qum məktəblərində də tədrislə məşğul olurdu.
Bununla yanaşı camaatın ayılması üçün özü geniş fəaliyyətlərini davam etdirir və heç bir halda təbliğat proqramını saxlamırdı. Xüsusilə mübarək Ramazan ayı, Məhərrəm və Səfər aylarında ölkənin müxtəlif nöqtələrində bu fəaliyyəti daha da artırdı. Zahidan şəhərində sürgündə olduğu müddət ərzində də camaata yol göstərməkdən və moizələrindən əl çəkmirdi.
Doktor Mufəttih ölkənin müxtəlif bölgələrinə etdiyi səfərlərində ziyalı düşüncələrini açıq və gözəl şəkildə mənbərdən camaata çatdırdığından Pəhləvi rejiminin Savak məmurları bu moizələrin qarşısını almaq üçün çalışırdılar.
Onun Əhvaz, Xurrəmşəhr, İsfahan, Yəzd, Şiraz, Kirman, Zahidan, Həmədan, Məşhəd və s. şəhərlərdəki geniş təbliğatı dəfələrlə şah rejiminin məmurları tərəfindən maneələrlə üzləşib.
Şəhid Mufəttihinin İslamla tanışlıq adı ilə yaratdığı elmi məclislərdən əlavə Şəhid Doktor Behişti ilə də həmkarlığı vardı. Bu iki böyük şəxsiyyət müqəddəs Qum şəhərində fəaliyyət göstərərək Rəzəvi məscidində məclislər qururdular.
Doktor Mufəttihinin istəyi ilə Şəhid Mutəhhəri bu məclislərdə məscidə toplaşanlara İslam maarifini çatdırmaqda uğurla davam edirdi. Təşkil olunan bu tədqiqat məclislərində Ayətullah Muhəmməd Rza Məhdəvi Kəni və Ayətullah Seyyid Əbdul-Kərim Musəvi Ərdəbili də iştirak edirdi. İslamın əsas mənbələrindən istifadə edərək dəyərli tədqiqatlarla geniş yol qət etmişdilər.
Əsərləri:
Doktor Mufəttih şah rejimi ilə müxtəlif sahələrdə mübarizə aparmaqla yanaşı əsərlər qələmə almaqdan da qafil olmurdu. Bu dəyərli alimdən qiymətli əsərlər və tərcümə işləri yadigar qalıb.
1. "Məcməul-bəyan" təfsirinin ilk iki cildini Həzrət Ayətullah Hüseyn Nuri ilə birlikdə, üçüncü cildini isə tək tərcümə edib. "Məcməul-bəyan" təfsirinin digər cildləri hövzənin başqa ustadları tərəfindən tərcümə olunub.
2. Molla Sədranın "Əsfar" kitabına yazdığı şərh. O, bu haşiyəni özünün təhsil və tədris dövründə qələmə alıb. Yazdığı bu şərh ustadın fəlsəfə və hikmətə dərindən sahib olduğunu göstərir.
3. 1956-cı ildə Məntiq elmi barəsində qələmə aldığı kitaba Əllamə Təbatabai (r) müqəddimə yazaraq müəllifin gözəl fikir və asan bəyan sahibi olduğunu qeyd edir.
4. Doktor Mufəttih doktoranturanı müdafiə edərkən dissertasiyasını "İlahi hikmət və Nəhcül-Bəlağə" adlı əsəri ilə tamamlayıb. Çoxsaylı mənbələrlə dolu olan bu əsər ümumi kütlənin dərk etməsi üçün çox faydalıdır.
Bundan əlavə onun "Ayati usuli etiqadı Quran", "Nəqşi daneşməndani İslam dər pişrəfti ulum", "Vijəgihayi zəamət və Rəhbəri" və s. əsərləri, o cümlədən, müxtəlif mövzularda məqalələri mövcuddur.
Təbliğat səngərində:
Doktor Mufəttih təxminən 1962-ci ildən Xuzistan vilayətinin şəhərlərinə səfərlər edərək Şah rejiminin həyata keçirdiyi cinayətləri İmam Xomeyninin (r) göstərişi ilə ifşa edirdi. Savak onu pis havası və suyu olan əraziyə sürgün edərək Quma daxil olmasına imkan vermədikdə o, Şah rejimi ilə mübarizəsini davam etdirmək üçün Tehrana gələrək Şəhid Mutəhhəri ilə birlikdə universitetlərin birində tədrislə məşğul olur.
Cəvad məscidinin möminlərinin dəvəti ilə bu məsciddə təfsir dərslərinə başlayır. O, bu yolla da universitet tələbələri ilə ruhani alimlər arasında əlaqə yaratmaqda çoxlu uğurlar əldə etmişdi.
1973-cü ildə müsəlman qüvvələrin birləşdirilməsi üçün Tehranın Cavid məscidinin imamətliyini qəbul edir. Şəhid Mutəhhəri ilə birlikdə bu məsciddə camaata həqiqəti çatdırmaqla məşğul idilər.
Nəhayət, 1974-cü ildə Onun dəvəti ilə Ayətullah Xamenei bu məsciddə söhbət edərkən Savak işçiləri hücum edib oranı bağlayaraq Ayətullah Xameneini və Doktor Mufəttihi həbs edərək 45 gün zindanda ağır işgəncələrə məruz qoydular. Artıq bu hadisədən sonra Savak Mufəttihə məsciddə fəaliyyət göstərməyə icazə vermədi. Zindandan azad olduqdan iki il sonra 1976-cı ildə Quba məscidinin imamətliyini qəbul etdi.
1977-ci ildə Şəhid Mufəttih Fitr bayramının namazını Qeytəriyyə adlı məntəqədə qılacağını elan etdi. Şah rejiminin ordusu və texnikası namaz qılanları mühasirəyə almışdı. Doktor Mufəttih xütbəsində zalımların iç üzünü açaraq sionistləri hədəf qərar verdi. O, öz çıxışında İmam Xomeyninin (r) mübarək adını minlərlə insanın qarşısında çəkərək Ondan itaətin vacibliyini qeyd etdi.
Növbəti Ramazana kimi bu məscidin fəaliyyəti davam etdi. Fitr bayramı günü sübh vaxtı böyük bir dəstə Mufəttihin başçılığı ilə "Əllahu-Əkbər" sədası ilə Qeytəriyyəyə tərəf hərəkət etməyə başladı. Bayram namazından sonra oraya toplanmış böyük cəmiyyət onun göstərişi ilə yürüş etməyə başladı. Sübh saat 6-dan başlayan hərəkat gecə yarısına qədər davam edərək görənləri heyrətə salırdı.
İmam Xomeyni (r) İrana geri qayıdarkən onun qarşılanmasını təşkil edənlərdən biri də Doktor Mufəttih idi. Belə ki, İmamı qarşılayan 5-6 milyon insanın oraya toplaşmasında onun böyük rolu olub.
Universitet səngərində:
İlahi Hikmət Hövzənin iki seçilmiş şəxsiyyəti olan Şəhid Mutəhhəri və Şəhid Mufəttihi universitetlərlə ruhani cəmiyyət arasında sıx əlaqə yaratmağa müqəddər etmişdi. Bu iki böyük şəxsiyyət İmam Xomeyninin (r) ən böyük arzularından birini həyata keçirirdilər. Şəhid Mufəttih bu əlaqəni yerinə yetirmək üçün təhsil sahəsində islahatların aparılmasını və müxtəlif idealogiyaları təbliğ edənlərlə mübarizə aparmaqda görürdü. Batil əqidə tərəfdarları ilə apardığı mübarizədən bir an olsun belə geri çəkilmədi və daim onlara müqavimət göstərirdi. Elə bu səbəbə görə onu terror etdilər.
Şəhadəti:
1979-cu ildə Tehran universitetlərindən birinin qarşısında yolunu azmış dəstə olan "Furqan" təşkilatının nümayəndələri tərəfindən bu böyük mütəfəkkirə odlu silahdan bir neçə güllə atıldı.
Kəmal Yasini, Məhmud Kaşani, Muhəmməd Nuri və Həsən adlı terrorçular universitetin girişində tanınmaz libaslarda pusquda dayanmışdılar. Hücum zamanı ilk öncə Mufəttihin iki cangüdəni qətlə yetirilir və ağa ayağından yaralanır. Mufəttih bir təhər özünü universitetin həyətinə yetirsə də, Kəmal Yasini adlı terrorçuların başçısı onun başı üstə gələrək başına atəş açır.
Sınıq və batil qələm sahibləri onun qarşısında tab gətirə bilməyəcəklərini gördükdə qələmdən və sözdən başqa silahı olmayan bu misilsiz alimi şəhadətə çatdırdılar. Hətta onun axan qanı belə insanlarda, İslam ümmətində yeni bir canlanma vücuda gətirdi!
İslam İnqilabının əziz Rəhbəri Həzrət Ayətullahul-üzma Seyyid Əli Xameneinin Doktor Şəhid Mufəttih barədə söylədikləri:
Şəhid Mufəttih seçilmiş bir ruhani, fədakar, açıq fikirli və zamanın tələblərinə aşina bir şəxsiyyət idi. O, cavan nəsil, universitet tələbələri və günün bəyanatını ruhani bir alimdən eşitmək istəyənlərlə faydalı və təsirli ünsiyyət qurmağı bacardı. Doktor Şəhid Mufəttihin şəhadət gününü Hövzə və Universitet birliyi günü kimi təyin olunması təsadüfi bir şey deyil. Çünki O, bu iki əsas elmi mərkəzin arasında əlaqə rolunu oynayırdı. İnqilabdan öncə və sonra cavanlarla və xüsusi ilə meydandakı tələbələrlə bu böyük ruhani lazımlı əlaqəni qurmuşdu.
Hüccətul-İslam Fatiminiyanın Doktor Mufəttih barəsində söylədikləri:
Hüccətul-İslam Fatiminiya Doktor Mufəttihin xatirə gecəsində çıxışı zamanı buyurub: "Allah-təala yanında üç dəstə şəfaət etməyə nail olar: Peyğəmbərlər, Alimlər və Şəhidlər. Hər bir şəxs rahatlıqla bu məqama çata bilməz. Şəhid Mufəttih böyük bir şəxsiyyətdir. O, dünya müsəlmanları üçün çox əziyyət çəkən alimlərdən biridir.
Şəhid Mufəttihdən çoxlu əsərlər və tərcümələr bizə yadigar qalıb. Onun "Məcməul-Bəyan" təfsirini tərcümə etməsi Əhli-sünnə alimlərinin diqqətini özünə cəlb edib. Doktor Şəhid Mufəttih inqilabın əvvəllərindən İmam Xomeyni (r) ilə birlikdə mübarizə səhnəsində olub. O, gələcək nəsillər üçün yadigar qalacaq inqilabi səhnələr yaradıb getdi!"
نظرات (0) نويسنده : میر سعید فرج پور - ساعت 2:14 AM - روز یک شنبه 15 آذر 1394 |
معرفی استاد احمد مجتهدی تهرانی در سایت نارداران پیری
Muctəhidi Tehrani adı ilə məşhurlaşmış rəbbani alim, əxlaq ustadı, İlahi vaiz, əzəmətli məqam sahibi olan Ustad Hacı Şeyx Əhməd Molla Muhəmməd Əli Muctəhid dövrümüzün ən məşhur hövzə uləmasındən və ustadlarından idi... Viladəti və ailəsi:
O, Tehran şəhərində Hacı Molla Muhəmməd Cəfər adlı mədrəsənin həm müdiri, həm də ustadı idi. Bu mədrəsədə təxminən minə yaxın tələbə İslam elmlərini öyrənirlər.Böyük ustad Hicri 1343-cü (1921-ci il) ildə Rəcəb ayının 2-də Tehran şəhərində dünyaya gəlib.
Ayətullah Əhməd Muctəhidi Tehrani fəzilətli, şərafətli və təqvalı bir ailədə tərbiyə alıb. Atası mərhum Muhəmməd Baqir, Tehranın imanlı və təqvalı şəxslərindən biri kimi məşhurlaşmışdı. Babası mərhum Mirzə Əhməd öz əsrinin möminlərindən və məşhur tacirlərindən biri olub. Əcdadları isə Kaşan şəhərinin böyük məqam sahibli üləmalarından olublar. Onlardan Hacı Molla Muhəmməd Əli Muctəhid, Hacı Molla Muhəmməd Baqir Muctəhid və Hacı Molla Muhəmməd Kazim Muctəhid Kaşaninin adlarını qeyd etmək mümkündür.
Ayətullah Muctəhidi Tehrani deyirdi: “Babam vəsiyyət etmişdi ki, onu babasının qəbrində dəfn etsinlər. Babası Hacı Molla Muhəmməd Əli Muctəhidin qəbri Qum şəhərindədir. Onun qəbrini açdıqda bədəninin olduğu kimi qaldığını və çürümədiyini gördükdə məcbur olub yeni bir qəbir qazırlar.”
Ayətullah Muctəhidi Tehraninin tələbəliyə başlaması:
Ayətullah Muctəhidi Tehrani 19 yaşında mədrəsə dərslərini almağa başlayıb. Ondan qabaq Tehran bazarında işləyirmiş. Atası Mərhum Muhəmməd Baqir övladlarının tələbə olmasına razı deyildi. Lakin Ustadın elmə olan böyük marağı onu bu sahə üzrə tələbə olmağa çəkib gətirir. Bir neçə il atasının müxalifətçiliyi ilə üzləşən Ustad çətin illər keçirir. O dövrdə Ustad Mərhum Ayətullahul-üzma Seyyid Əbul Həsən İsfəhaniyə təqlid edirdi. O, təhsil almaq üçün atanın razılığını şərt bilmədiyindən Ustadın şəri baxımdan çətinliyi həll olmuşdu, illər keçdikdən sonra atası razılıq verməkdən əlavə, bu cür övlada sahib olduğu üçün fəxr edirdi.
Ayətullah Muctəhidi Tehrani özünün tələbə olması barədə belə deyir: “Yadımdadır, təzə tələbə olduğum vaxtlarda saçımı azaldıb saqqalımı uzatmışdım. Evə getdikdə dayım məni görüb üzünü turşudaraq dedi: -Bu nə haldır özünü salmısan? Atam dedi: -Mən sənin xərcini ödəməyəcəyəm. Və hətta başqaları belə deyirdi: -Tələbəliyi burax. Mənim isə bu sahəyə olan eşqim bu sözlərə fikir vermirdi. Elə buna görə bir müddət atam məndən küsdü. Bütün bunlar isə zərrə qədər mənə təsir etmirdi.”
Ayətullah Muctəhidi Tehraninin Ustadları:
Ustad ilkin dərslərini və ərəb qrammatikasını Tehranda Mərhum Ayətullah Hacı Şeyx Əli Əkbər Burhanın yanında oxuyub. “Mətul” kitabını Mərhum Ayətullah Muhəmməd Cəvad Xəndəqabadi və Mərhum Ayətullah Seyyid Murtəza Ələvinin yanında oxuyub. “Luməteyn”i Ayətullah Şəhid Səduqi, Mərhum Cəvad Xəndəqabadi və Mərhum Şeyx Əbdur-rəzzaq İsfəhanidən, “Rəsail”i Mərhum Ayətullah Şeyx Muhəmməd Cəvad Xəndəqabadi, “Məkasib”i Mərhum Ayətullah Seyyid Muhəmməd Sadiq Təbatəbaidən, “Kifayə”nin 1-ci cildini Mərhum Ayətullah Seyyid Şəhabuddin Mərəşi Nəcəfidən, 2-ci cildini Mərhum Ayətullah Seyyid Sadiq Şəriətmədaridən öyrənib.
“Xaric” dərslərini (yüksək elmi dərslər) bir il Ayətullah Hacı Ağa Seyyid Muhəmməd Hüseyn Təbatəbai Brucerdinin yanında, bir il Ayətullah Seyyid Muhəmməd Rza Gülpayiqaninin, bir il Ayətullah Hacı Şeyx Əbbasəli Şahrudinin, iki il Ayətullah Şeyx Muhəmməd Rza Tənkabəninin, altı il Ayətullah Seyyid Əhməd Xansarinin yanında oxuyub. Əxlaq dərsini Ayətullah İmam Xomeyninin (r) yanında Qumun Feyziyyə mədrəsəsində cümə günləri əsrdən sonra təşkil olunan məclislərdə oxuyub. Əxlaq dərslərini bundan əlavə Huccətul-İslam vəl muslimin Mərhum Hacı Seyyid Hüseyn Fatimi Qumidən də bəhrələnib. Amma ən çox bəhrə apardığı əxlaq ustadı Tehrana qayıtdıqdan sonra Mərhum Hacı Şeyx Muhəmməd Hüseyn Zahid olmuşdur ki, onun məclislərində iştirak etməklə elm əldə edib.
İzdivac etməsi:
Ustad 24 yaşında olarkən ailə həyatı qurur. Elə həmin il “Rəsail” və “Məkasib”dən Ayətullah Fazil (Ayətullah Fazil Lənkəraninin atası), Seyyid Muhəmməd Razi və Ağa Şeyx Qasim Nəhəvinin yanında imtahan verir. Təxminən iki il sonra Kifayənin və Xaric dərslərindən bir qisminin də imtahanını müvəffəqiyyətlə verir.

Tehrana hicrət və Mərhum Hacı Şeyx Muhəmməd Hüseyn Zahidlə tanışlıq:
Ustad dərs aldıqca tədrislə də məşğul olurdu. Qumdan Tehrana qayıtdıqda axşamlar Mərhum Hacı Şeyx Muhəmməd Hüseyn Zahidin namaz qılıb, tədris etdiyi Əminud-Dolə məscidində sübh və əsr vaxtı dərs deməklə məşğul olurdu. Mərhum Hacı Şeyx Muhəmməd Hüseyn Zahid çox yaşlı olduğundan tələbələrə dərs deməklə yanaşı mənbərə də çıxıb moizə etdiyindən yorulurdu. O, Ustaddan xahiş edir ki, tədrisindən əlavə axşamlar mənbərdə də moizə etsin. Ustad iki il müddətində Qurani-Məcidin əvvəlindən 6 cüzü “Burhan” təfsiri əsasında açıqlayır. Hicri 1372-ci (1950) il Məhərrəm ayının 21-də böyük İslam alimi Arif, zahid və əxlaq ustadı Hacı Şeyx Muhəmməd Hüseyn Zahid dünyasını dəyişir.
Ayətullah Muctəhid Tehrani buyurur: “Bir axşam Əminul-dolə məscidində Mərhum Hacı Şeyx Muhəmməd Hüseyn Zahid üçün məclis verilirdi. Alimlər də dəvət olunmuşdu. Məscidin həyəti də dolu idi. Birdən gəlib mənə söhbət etməyimi bildirdilər. Mən söhbət etməyə hazır deyildim. Əyləşdiyim yerlə minbərin bir neçə addım fasiləsi vardı. Mənbərə tərəf gedərkən nə barədə danışacağımı düşünürdüm və bu ayə barədə söhbət etmək qərarına gəldim: “Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.” (Məryəm surəsi, ayə 96) Ayənin tərcüməsini qeyd etdikdən sonra buyurdum: -Camaatın Şeyx Muhəmməd Hüseyn Zahidə olan məhəbbət və bağlılıqları onun təqvalı olmasından, sadə yaşayışından və dünyaya diqqətsizliyindən irəli gəlirdi.”
Vəfatı:
“İnna lillah və inna iləyhi raciun” Bu böyük Ustad hicri 1429-cu il (2007-ci il) Məhərrəm ayının 4-də 85 yaşında Tehranın Bazərqanan xəstəxanasında ciyər xəstəliyindən dünyasını dəyişdi. Ağanın cənazəsi ilk olaraq Şəhid Mutəhhərinin adını daşıyan mədrəsəyə, daha sonra öz elmi hövzəsinə gətirildi. Ayətullah Muhəmməd Rza Məhdəvi Kəninin imamətliyi ilə namazı qılındıqdan sonra elə oradaca dəfn edildi.

Vəsiyyətnaməsi:
Muctəhidi Tehrani adıyla məşhurlaşmış Baqirin oğlu Əhməd Hicri 1343-cü (1921-ci il) ildə Rəcəb ayının 2-də Tehran şəhərində dünyaya gəlib. Allahın təkliyinə, 124 min peyğəmbərin göndərilməsinə, onlardan 313 nəfərinin Mursəl olmasına və 5 nəfərinin Ulul-əzm olmasına, İslam peyğəmbərinin sonuncu peyğəmbər olduğuna, Qurani-Məcidin təhrifdən amanda qaldığına, 12 imamın imamlığına, onlardan birincisi Həzrət Əli ibn Əbu Talib (ə), sonuncusu Məhdi Sahibul-əsr vəz-zəman (ə.f) olduğuna və Onun sağ və qeybdə olmasına və İnşaallah İlahinin əmriylə zühur edəcəyinə, ölümün, qəbir suallarının, qiyamətin, əməllərin hesabına, sirata, mizana, cənnət-cəhənnəmə və xülasə, Mərhum Şeyx Səduqun “Etiqadat” kitabında yazdıqlarına etiqadım var və iqrar edirəm. Sağlam halda, ağıl vasitəsi ilə, öz istək və ixtiyarımla, heç bir məcburiyyət olmadan vəsiyyət edirəm. Burada yazılanlara məndən sonra əməl olunsun. Kim bunu dəyişərsə, Allahın rəhmətindən uzaq olsun.
Cənab Huccətul İslam vəl-muslimin Ağa Hacı Şeyx Mohsin Həbibi Həqirin vəsisidir. Tehran elmi hovzəsi və Mərhum Hacı Molla Muhəmməd Cəfər Məscidi ölümünün birinci həftəsinə kimi xüsusən gündüz və axşam məscidin işləri və ümumi dərsin idarəsi ağa Nəsirinin və s. mudərrislərin köməkliyi ilə idarə olunsun. Bir həftə keçdikdən sonra hər kimi məsləhət bilərlərsə, namazlara imamətlik etmək üçün seçərlər. Mədrəsənin tələbələrə verdiyi aylıq təqaüdləri Ağa Xudkar idarə etsin. Mənim yanımda qalan şeylərin sahiblərinə onları almaları üçün elan verilsin. İnşaallah Allah-təala və Həzrət Məhdi (ə.f) mədrəsənin tələbə pullarının ləngiməsinə imkan verməz. Mədrəsə tələbələrindən halallıq istəyirəm. İnşaallah, axşamlar sinəzənlik mərasimlərində bir neçə nəfər Həqirin qəbri kənarında rozə oxuyaraq, bağışlanmasını istəyərlər. Cənab Ağa Həbibi Həqirin kitablarını tələbələrə versin ki, onlardan istifadə etsinlər. Ehtiyata əsasən kitablar umumi tələbələrə İmamın (ə) payı kimi verilsin. Seyyid olan tələbələr bunları seyyid payı kimi qəbul etsinlər.Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh. Əhməd Muctəhidi Tehrani
Dünya müsəlmanlarının əziz rəhbəri Həzrət Ayətullah Xameneinin Ustadın vəfatı ilə əlaqədar verdiyi təsliyət:
Rəbbani alim və əxlaq müəllimi Mərhum Huccətul-İslam vəl muslimin ağa Hacı Şeyx Əhməd Muctəhidi Tehraninin vəfatı ilə əlaqədar Tehran alimlərinə, böyük alimlər, bu ruhani və dəyərli şəxsin tələbələrinə, tərbiyə etdiklərinə və ona sevgisi olanlara və xüsusi ilə ailəsindən qalmış möhtərəm ailəsinə təsliyət ərz edirəm. Bu əməl sahibli alimin bərəkətli ömrü dini xidmətin mənşəyi idi. Onlardan ən üstünü mədrəsənin təsis edilib, idarə olunması idi. Bu mədrəsə on illərlə alimlərin və fəzilət sahiblərinin tərbiyə olunduğu məkan olub. Hal-hazırda da orada tərbiyə olunmuşlardan fəzilət sahibləri, alimlər və böyük müctəhidlər sırasında olanlar var.
Elm, təqva və öhdəsinə götürdüyü çalışqanlıq bu dəyərli ruhaninin üç xüsusi özəlliyi idi. Bu özəllikləri dini tələbələrin tərbiyə olunmasında mühüm rol oynayıb. Və elmi hovzələr üçün çoxlu bərəkətlər vücuda gətirib. Onun Tehran elmi hovzələrində olan haqqı unudulan deyil. Allah-təala ona geniş rəhmətini nazil etsin və Muhəmməd (s) və Ali-Muhəmmədlə (ə) məşhur etsin.

Ayətullah Məkarim Şirazinin Ustadın vəfatı ilə əlaqədar verdiyi təsliyət:
Ayətullah Muctəhidi Tehraninin dünyasını dəyişməsindən çox təəssüf hissi keçiririk. Bu böyük alim bu uzun ömrü boyunca Tehrana dini tələbələrin tərbiyəsinə himmət göstərib. Onun elmi hovzəsi ən üstün hövzələrdən idi. Oradan çıxmış seçilmiş şəxslərin hər biri İslam cəmiyyətində müxtəlif sahələrdə xidmət göstərməklə məşğuldurlar. Bu dəyərli alim elmi sahədən əlavə təqva və əxlaq baxımından həqiqətən seçilmişlərdən idi. Əksəriyyət onun əxlaq dərslərinin lent yazılarını izləyirdilər.
Nüfuzedici və təsirli sözləri vardı. Bu, onun pak qəlbindən qalxıb ürəklərə yatırdı. O, mövlası və azadə insanların sərvəri olan Seyyiduş-şühədaya (ə) böyük eşq bəsləyirdi. Aşura günlərində ona qovuşdu. Allah Ustadı öz rəhmətinə qərq etsin. ümidvaram ki, əldən verdiyimiz bu səadətmənd insanın elmi hövzəsi fəzilət sahibi olan şagirdlərinin vasitəsilə öz elmi və dini həyatına davam edər. Bu böyük şəxsin vəfatı ilə əlaqədar elmi hövzələrə, şagirdlərinə, xüsusi dostlarına və möhtərəm ailəsinə təsliyət ərz edirəm./ihq.az/
نظرات (0) نويسنده : میر سعید فرج پور - ساعت 2:05 AM - روز یک شنبه 15 آذر 1394 |
