شعائر دینی در نارداران جمهوری آذربایجان
استفاده از مطالب یا ذکر صلوات و درج آدرس وبلاگ بلامانع می باشد.

جستجو در وبلاگ

درباره ما

موضوعات

آخرين مطالب

بایگانی

آمار وبلاگ



Elm və əməl ələmdarı
معرفی میرزای شیرازی در سایت نارداران پیری
Mirzə Şirazi adı ilə məşhurlaşmış böyük fəqih Seyyid Muhəmməd Həsən Hüseyni. 

 Mirzə Şirazi adı ilə məşhurlaşmış böyük fəqih Seyyid Muhəmməd Həsən Hüseyni 1230-cu hicri təqviminin Cəmadiul-əvvəl ayının 15-də Şiraz şəhərində alim və mənəvi fəzası ilə seçilən ailədə dünyaya gəlib. Atası Mirzə Məhmud, oğlu dünyaya göz açdığı il dünyasını dəyişib. Mirzə Şirazi alim olan dayısı Seyyid Hüseyn Məcdul-Əşrafın tərbiyəsi altında böyüyüb. Muhəmməd Həsən 4 yaşından məktəbə və 6 yaşından hövzəyə daxil olub. İti zehinə və parlaq istadada malik olması hamının təəccübünə səbəb olurdu. Muhəmməd Həsən 8 yaşından Şirazın Vəkil məscidində əxlaqi moizələrlə məscidə gələnləri özünü islaha və Allaha dəvət edirdi. Yeniyetmə dövründən hövzənin ən mühüm fiqhi kitablarından olan "Lumə"nin tədrisi ilə məşğul olmağa başlayıb. O zamanalar Şirazın hakimi hökumətdə mühüm mənsəblərdən birini ona təklif etsə də, elm və təhsilə, Əhli-Beyt (ə) maarifinə olan eşqi məqama əhəmiyyət verməməsinə səbəb olur. O zamanlar özünün ən rövnəqli günlərini keçirən İsfəhan hövzəsinə yollanır. İsfəhanda ilk ustadı Şeyx Muhəmməd Təqi İsfəhani olur. Onun vəfatından sonra Seyyid Həsən Bidabadi onu şagirdliyə qəbul edərək Əhli-Beyt (ə) maarifinə olan teşnə qəlbini sirab edərəlk 20 yaşı tamam olmamaış onun ictihad icazəsini sadir edir. İsfəhan hövzəsində digər ustadlarından biri Hacı Muhəmməd İbrahim Kəlbasi olub. Muhəmməd Həsən ömrünün baharının 29 ilini əsrinin ən yaxşı ustadlarının yanında keçirərək ictihad icazəsini İsfəhan hövzəsindən aldıqdan sonra öz məlumatlarını kamilləşdirmək məqsədi ilə Nəcəf və Kərbəlaya yola düşür. Əmirəl-möminin Həzrət Əli (ə) və Əba Əbdullahın (ə) bərəkəti ilə böyük ustadlar kaşiful-ğita, Şeyx Həsən Nəcəfi (Cəvahir əsərinin müəllifi), Seyyid İbrahim Qəzvini (Zəvabit əsərinin müəllifi) və Şeyx Məşkur Hulainin məhzərindən bəhrələnir. Muhəmməd Həsən Vətənə qayıtmaq fikrinə düşdükdə Cəvahir əsərinin müəllifi bu şəxsin vucudundakı ləyaqəti hiss etdiyi üçün Şiraz hakiminə və məntəqənin camaatına məktub yazaraq belə bir böyük şəxsin o məntəqə üçün qənimət bilərək: təriflər qeyd edir. Amma Muhəmməd Həsən Kərbəla hövzəsindən çıxaraq vidalaşmaq üçün Nəcəfə gəldikdə Şeyx Ənsariyə Seyyid Muhəmməd Həsənin vətənə dönmək fikrində olduğu xəbərini verirlər. Şeyx Ənsari onu dəvət edərək söhbət edir. Muhəmməd Həsən Şeyxin sözlərinə qulaq asmaqla yeni can əldə etmiş olur. O, fiqh və usul elmlərinin dəryası ilə üzləşdiyinin fərqinə varır. Elə buuna görə vətənə dönməkdən vaz keçərək Sədi Şirazinin bu şerinin oxuyur:

Şerin məzmunu: "Müsafirin gözü sənin camalına düşdükdə, getmək istəyi qalmaqla əvəzləndi."

Mirzə Muhəmməd Həsən Şeyx Ənsarinin ömrünün sonuna kimi elmindən bəhrələnir. Şeyx Ənsari onun ləyaqətinə agah olduğu üçün özünün "Rəsail" kitabının redaktəsini Mirzə Muhəmməd Həsənə tapşırır.

Muhəmməd Həsən seçilmiş alimlərə ustadlıq edib. Onlardan mirzə Muhəmməd Təqi Şirazi (İkinci Mirza kimi məşhurlaşıb) Şeyx Əbdul-Kərim Hairi (Qum elmi hövzəsinin əsasını qoyan), Mirzə Hüseyn Naini, Ayətullah Seyyid Muhəmməd Təbatəbai, Şəhid Şeyx Fəzullah Nuri və axund Molla Muhəmməd Kazim Xorasani, Hacı Ağa Rza Həmədani, Hacı Mirzə Hüseyn Səbzəvari, Seyyid Muhəmməd Fişariki İsfəhani, Seyyid Muhəmməd Kazim Yəzdinin (Urvətul-vusqa kitabının müəllifi) adlarını çəkmək olar.
Muhəmməd Həsən Mirzə Şirazi Hicri 1281-ci ildə Şeyx Ənsari dünyasını dəyişdikdən sonra 23 il müddətində mərcəiyyəti öhdəsinə götürüb. Onun Əhli-beyt (ə) maarifinin nəşrində və böyük şəxsiyyətləri müdafiə etmək yolunda atdığı addımlar şiə mərcəiyyətinin tarixində hər biri incə və mühüm nöqtədir. Həmçinin məzlum Əfqanıstan şiələrini müdafiə etmək, şiə-sünni vəhdətini yaratmaq üçün çalışmalar (şiənin elmi hövzəsini Nəcəf şəhərindən sünni məntəqəsi olan Samirraya köçürmək). Əhli-sünni alimlərinə şəhriyyə (aylıq məvacib) və maddi köməklər göstərmək vəhdətə mane olan maneələri aradan götürmək, uzaq məntəqələrə din təbliğçilərini ezam etmək, və yəhudilərin Həmədan müsəlmanlarına etdiyi təcavüzün qarşısını almaq. Rus dövləti tərəfindən Tus şəhərinin ərazilərinin alınmasının qarşısını kəsmək, İranın cənubunda ingilislərlə mübarizə aparmaq üçün Ayətullah Seyyid Əbdul-Hüseyn Larinin göndərilməsi və oranın camaatının azadlıq istəyi ilə etdikləri qiyamı himayə etməsi bu alimin əməyinin nəticələridir.

Elm və əməl ələmdarı, siyasət və dəyanət nümunəsi olan bu alim hicri 1312-ci ildə 82 yaşında dünyasını dəyişib. Mübarək vücudunu Nəcəfə apararaq Həzrət Əlinin (ə) hərəminin Tusi qapısının kənarında torpağa tapşırıblar.





Xüsusiyyətləri:

İxlas və rəyasətdən uzaq olmaq:
Şeyx Ənsarinin canişinlik məsələsi ortaya gəldikdə əsrin fəqihləri Mirzə Şirazinin bu işə ləyaqətli olduğunu bildirdikdə o, şiddətlə etiraz edərək demişdi: -Mənim fətva və nəzərlərim hələ hazır deyil. Sizin aranızda Həsən Nəcm Abadi kimi fəqih var.
Həsən Nəcm Abadi deyir: -Allaha and olsun mərcəiyyəti qəbul etmək mənə haramdır. Mərcəiyyət fəqih, siyasətmədar və zamanın məsləhətlərindən agah olan birisinə ehtiyaclıdır. Və o şəxs sizsiniz. Fətvaları hazırlamaq sizin üçün çox rahat və asan bir işdir.
Mirzə öz etirazında israrlı olduğu halda cəmdə əyləşənlərdən biri deyir: Siz Vilayəti-fəqihə qailsiniz?
Mirzə müsbət cavab verir. Həmin şəxs deyir: Hal-hazırda bu məclisdə olanları fəqih bilirsiniz?
Mirzə yenə müsbət cavab verir. Həmin şəxs deyir: -Beləliklə bu fəqihlər mərcəiyyəti sizin qəbul etməyinizə hökm edirlər.
Bu an Mirzə gözləri yaşla dolmuş və üz-gözü islanmış halda deyir: -Allah and olsun heç vaxt bu böyük məsuliyyəti öhdəmə götürəcəyimi fikirləşmirdim.

Dərin zəkası və uzaqgörənliyi:

Samirra şəhərinin sünni məzhəbindən olan bir şəxs tarixin nümunəvi şəxsiyyətlərindən olan Mirzə Şiraziyə qarşı məlum olmayan səbəblərdən qəlbində kin bəsləyirdi. İlk fürsətdə Mirzənin oğlu Mirzə Muhəmməd Şirazini yaralayaraq öldürür. Mirzə Şirazi bu hadisə qarşısında öz sükutunu pozmur.
Müsəmlanların xarici düşmənləri məzhəblərarası fitnə icad etmək üçün kiçik bir fürsət belə güdürdülər. Bu hadisəni öz xeyirlərinə çevirmək istəyənlər Samirraya gedərək Mirzə Şirazinin övladının qətlə yetirilməsi və bu iş müqabilində göstərişinin nə olduğunu bilmək istəyirlər. Bu böyük şəxsiyyət xüsusi uzaqgörənliklə onların məqsədini başa düşərək tam qətiyyətlə buyurur: -İstəyirəm yaxşı başa düşəsiniz ki, sizin biz müsəlmanların işlərinə və ərazilərimizə müdaxilə etməyinizə haqqınız yoxdur. Bu iki qardaş arasında baş vermiş sadə bir məsələdir.
Bu hadisə İstanbulda sünni məzhəbli olan Osmanlı xəlifəsinə çatdıqda şiələrin müctəhidinin belə dərin düşüncəyə sahib olduğunu gördükdə Bağdadın Valisinə göstəriş verir ki, şəxsən Mirzənin hüzuruna gedərək dərin düşüncə və böyüklüyünə təşəkkür bildirərək, baş vermiş hadisəyə görə üzr istəyərək, ona xoş münasibət göstərsin.

Şücaət və haqqı qəbul etmək:

Mirzə Şirazi təvazökar bir şəxsiyyət idi. O, haqqın müqabilində təslim olurdu. Heç vaxt öz sözünü qəbul etdirməyə çalışmazdı. Şeyx Ağa Bozorg Tehrani bu barədə belə buyurur: Molla Muhəmməd Hərəndi Şeyx Ənsarinin tələbəsi idi. O, öz şəhərində mərcəiyyətə çatmışdı. Hicri-qəməri 1300-cü ildə müqəddəs məkanları ziyarət etmək üçün (Kərbəla, Nəcəf və s.) geri döndükdə Mirzə ilə görüşür. Bu iki şəxsiyyətin arasında bir məsələ barəsində elmi mübahisə düşür. Mübahisədən sonra o, Kazimeynə getdi. O, getdikdən sonra Mirzə Şirazi haqqın (həqiqətin) Movla Muhəmməd Hərəndi ilə olduğunu görür. Mirzə Şirazi məktub yazdıraraq haqqın onunla olduğunu bildirmək üçün bir qasid vasitəsilə Ağaya göndərilməsini bildirir. Qasid məktubu Kazimeyndə Ağaya çatdırır. Bu hadisədən sonra Mirzə deyirdi: Mərhm Şeyxin (Şeyx Ənsari) çox güclü tələbələri dünyada tanınmamış qalıblar.

Məhrumlara kömək etmək:

Əllamə Seyyid Həsən Sədr Mirzə Şirazinin məhrumlara baş çəkməsi barədə belə yazır: Mirzə Şirazinin hər bir şəhərdə tacirlərdən ibarət vəkilləri var idi. Həmin şəhərin fəqirlərinin adlarını onlara göndərmişdi. Onlara ediləcək köməkliyin miqdarını da təyin etmişdi. Bu fəqirlər hər ay və hər il pul alanlardan başqları idi. Yalnız İraqın şəhərləri deyil, İranın da bütün nöqtələri Mirzə Şirazinin diqqətində idi. O şəhərlərin də imkansızlarına imkan daxilində kömək göstərirdi. Hər hansı bir məntəqədə etimad etdiyi alim olurdusa, hər il müəyyən məbləğdə pulu imkansızların arasında bölməsi üçün göndərirdi.

Unudulmaz Tənbəki hadisəsi:

İran Qacarlar sülaləsi hakimiyyəti dövründə özünün ən pis illərini yaşayırdı. Bu ölkənin düşmənləri hər gün öz nüfuzlarını burada daha da artırırdılar. Bu zülmlər o həddə çatmışdı ki, hətta düşmənlərin dilində "İranın şah tərəfindən onlara bağışlanması" kəlməsi gəzirdi.

Onlara verilən imtiyazlardan biri də ölkənin daxili və xaricində "Reji" adlı kompaniya tərəfindən satılan tütün və tənbəki məsələsi idi.

Bu müqavilənin əsl tərəfi İngiltərə dövləti idi. Amma zahirdə həmin şirkət görünürdü. Şirkətin başında isə "Major Talbut" adlı şəxs (G.F Talbot) dururdu. Həmin dövrlərdə İran xalqının beşdə biri tənbəki əkib-becərmək və satmala məşğul olurdu. Bu hal İran xalqının həyatının bir hissəsinin ingilislərə tapşırmaq idi.

İngilislərə silahlı şəxslərlə bütün yoları nəzarətdə saxlamaq və bütün malları yoxlamaq icazəsi verilmişdi. Buna diqqət etdikdə həmin müqavilənin necə də zillətverici və əzablı olduğunu görmək olurdu. Bununla yanaşı ingilislər ölkəyə pozğun qadınlar gətirib, məclislər qurmaqla xalqın mənəviyyatını aradan aparmağa çalışırdılar. Tənbəkini onların ixtiyarında qoymaq yalnız iqtisadi asılılıq daşımırdı. Əslində bu addım iman, mənəviyyat və xalqın inancına vurulan zərbə idi.

Bu işə əməli surətdə ilk etiraz edən Şiraz camaatı oldu. Onların rəhbəri seçilmiş və mücahid ruhani mərhum Fal Əsiri idi. O qiyam Ruhaninin sürgünü və qiyam iştirakçılarından bəzilərinin şəhadəti ilə yatızdırıldı. Təbrizdə də camaat Ayətullah Müctəhid Təbrizinin rəhbərliyi ilə ayağa qalxdılar və sərt teleqrafla Nasirəddin Şah Qacara öz qəzəb və etirazlarını bildirdilər.

Xorasan camaatı da hacı Şeyx Muhəmməd Təqi Becnurdi, Ayətullah Seyyid Həbib Muctəhid Şəhidi və həmin diyarın digər alimlərindən itaət etməklə buna qarşı çıxaraq həmin kompaniyanın (şirkətin) işçilərinin Məşhədə daxil olmasının qarşısını aldılar.

İsfəhan camaatını Ayətullah Ağa Nəcəfi, Ayətullah Muhəmməd Baqir Fişarki və Ağa Munirəddin Şahın və istismarçıların əleyhinə qaldırdılar.
Tehranda Mirza Şirazinin seçilmiş tələbələrindən olan Ayətullah Mirzə Həsən Aştiyani və Ayətullah Fəzlullah Nuri camaatın rəhbərliyini ələ alaraq Mirzənin göstərişləri ilə Şah və havadarlarına qarşı hücuma başladılar.

Şiə aləminin Samirradakı böyük mərcəsi Həzrət Ayətullah Mirzə Şirazi iki dəfə teleqrafla Nasirəddin şaha bu barədə öz etirazını bildirmişdi. Ayətullah Mirzə Şirazi Tənbəkinin belə imtiyazla inilislərə verilməsinin fəsadlarını, onların müsəlmanların qəti düşməni olmasını və ölkəni xaricilərə satmamasını bildirmişdi.
Amma təəssüflər olsun ki, heç bir müsbət cavab verilmədi. İş o yerə çatdı ki, Allahın köməyilə bu böyük müctəhid özünün unudulmaz fətvasını verdi: "Bu gündən etibarən tütün və tənbəkidən bu formada istifadə İmam Zamanla (ə.f) müharibə etmək hökmündədir."

Bu fətva zahirdə qısa olsa da, şiddətli tufanlar qopararaq qəflət yuxusuna getmiş rejimi süqut etmək ərəfəsinə çatdırdı. Tufanın dalğaları düşmənin səngərlərini elə dağıtdı ki, hətta şah öz evində də ondan amanada qala bilmədi. Nasirəddin şah öz sarayında qəlyan gətirilməsinin göstərişini verdikdə heç kim buna əməl etmədi. Öz otağından çıxdıqda qadınların sultana aid olan qəlyanları sındırdıqlarını gördü.

Həzrət İmam Xomeyni (r) buyurur: "Mirzə Şirazi bir sətir tənbəkini haram olması barədə yazdı. Hətta o zalımın yaxınları və işçiləri də həmin fətvaya əsasən qəlyanları sındırdılar. Bəzi yerlərdə bahalı tənbəkiləri meydanlara gətirərərk sındırıb yandırdılar. Beləliklə həmin müqavilə ləğv olundu. Onlar, İraqın ucqar kəndlərinin birində (Samirra) yaşayan bir qoca ruhaninin bir kəlmə yazmaqla bir millətin qiyam edərək zalım padşahla ingilislər arasındakı müqaviləni ləğv etdirdiyini görürlər. Onlar Ruhaniyyətin belə bir qüdrətə sahib olduğunu anladılar."

Fətva verildikdən sonra Şah və istismarçılar əl-ayağa düşərək çarə yolu axtarmağa başladılar. Müxtəlif iclaslar keçirməklə, alimlərə çoxlu təhdidlər, rüşvət və hədiyyələrin saray tərəfindən təklif olunması faydasını vermədi. Nəhayət mömin cəmiyyət Tehran bazarının böyük məscidində toplaşaraq saraya tərəf hərəkət etdilər. Bəziləri şahın adamları tərəfindən atılan oxlarla şəhatətə qovuşdular.

Qəlyanlar sındırıldı və tənbəkinin alınıb-satılması yox həddinə düşdü. Müsəlman İran camaatının təzyiqləri Nəsirəddin dövlətini bu şirkətlə müqaviləni ləğv etməyə məcbur etdi. Bununla da ingilislərin İranı tam ələ keçirmək planları suya düşmüş oldu. Bir daha müsəlmanların nicat tapmasında mərcəiyyətin rolu aşkar oldu.





İmam Xomeyni (r) Mirzə Şirazinin əzəmətli addımını təqdir edərək buyurur: "Həmişə İslam alimləri camaatı əsayişi qorumağa çalışıblar. Mərhum hacı Mirzə Muhəmməd Həsən Şirazinin zamanından çox keçmir. O, böyük mütəfəkkir və ağıl sahibi Samirrada məskunlaşmışdı.


Fikri asayişi qorumaq və sülh olsa da, İslam üçün xətərin qarşıya gəldiyini gördükdə Şahın xarici bir şirkətlə islamı aradan aparmaq fikrində olduğunu müşahidə etdikdə, kiçik bir şəhərdə 300 nəfəri keçməyən tələbələri ilə məskunlaşmış qoca bir kişi əlacsız qalaraq zalım şahı nəsihət edir. Onun yazdıqları hələ də qorunub saxlanılır. Sultan qulaq asmayıb alimə hörmətsizlik göstərir. O böyük alim məcbur qalaraq bir kəlmə deməklə İranın müstəqilliyini geri qaytarır. İraqın da müstəqilliyi mərhum Şirazinin fətvasına bağlıdır. Əgər o olmasaydı, İraq aradan gedəcəkdi. İraqın xətərlə üz-üzə olduğunu gördükdə bir kəlmə buyurdular: ərəblər dayaq oldular mətləb dəyişdi.
Bütün İslami məmləkətlər bu tayfanın girovundadırlar. Bunlar indiyə qədər İslam məmləkətlərini hifz ediblər. Bunlar qorunub saxlanılmışlardır ki, həmişə öz nəsihətləri ilə camaatın sakitləşdiriblər. Eyni halda İslamın qarşısında xətərlə gördükdə imkan daxilində mətləblər çap etdirməklə, danışıqlarla, şəxslər göndərməklə və s. məsələni həll etmək istəyirlər. Əgər alınmasa qiyam etməyə məcbur olurlar. Bunlar (Təqlid-mərcələri) eyni halda bütün müsəlmanların vəhdətini istəyirlər. Lakin məmləkətin müstəqilliyi xətərə düşənə kimi səbr edə bilərlər. Dövlətlərin bəzi şeyləri görə bilməməsi mümkün olan şeydir. Amma burada şəriət müəyyən qanunlar buyurub. Alimlər özlərindən heç bir şey demirlər. qiyam Quran və din əsasında olur.

O gecə ki, Seyyid Əzizullah məscidində bəndə dövlətləri tənbeh edib, danışmağa qərara gəldikdə dövlətin müdaxilə edəcəyini xəbər verdilər. Biz alimlərin başqa fikridə olduğunu gördük. Mən son qərarı dua, munacat, və Allah-təaladan kömək istəməklə əldə etdim. Heç kimə də heç nə demədim. Lakin Allah şah dövlətinə və millətə minnət qoydu. Əgər Allah eləməmiş Tehran alimlərinə cəsarət olsaydı mən təhlükəli bir qərara gəlmişdim. Amma dövlət gecə yarıdan sonra camaata güclə müqavimət göstərməyin mümkün olmadığını anladım."

Sonda bir nöqtəni də qeyd edək ki, şiənin böyük müctəhidlərindən olan mirzə Şirazinin tələbələrindən olan Mirzə Muhəmməd Təqi Şirazi (Kiçik Mirzə, Mücahid Mirzə kimi kimi məşhirlaşıb, hicri 1338-ci ildə vəfat edib) o, I Dünya müharibəsində və ingilsilər tərəfindən İraqın işğal edilməsi vaxtı ingilislərə qarşı mübarizə aparıb İraq şiə dəstələrinin rəhbərliyini həyata keçirib. Mirzə Muhəmməd Təqi Şirazi bu barədə belə buyurmuşdu: "İraq camaatına öz haqqını tələb etmək vacibdir." O müharibə Osmanlı, Almaniya, digər tərəfdən İngiltərə və Fransa dövlətləri arasında baş vermişdi. Bir tərəfdən də İraq müharibəyə çəkilmişdi. Mirzə Muhəmməd Təqi Şirazinin bu ingilis kafirlərinə qarşı verdiyi cihad fətvası nəticəsində İraq camaatı ayağa qalxaraq qiyam etdilər.



نظرات (0) نويسنده : میر سعید فرج پور - ساعت 2:16 AM - روز یک شنبه 15 آذر 1394    |  

 

کدهای راسخون بلاگ

استفاده از مطالب این وبلاگ با ذکر منبع مجاز است.